Mariana Vasileva: 2019-cu ildə Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil keçiriləcək


Digərləri 02 Mar 2019 20:56:00 314 0

Mariana Vasileva: 2019-cu ildə Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil keçiriləcək

Bu il Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil olunacaq – Dünya Kuboku, Avropa və Dünya Çempionatları.

Bakı. Cani Babayeva – Bu il Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil olunacaq – Dünya Kuboku, Avropa və Dünya Çempionatları. Bunu Trend-ə Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatma mərasimindən sonra bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. M.Vasileva bildirib: “Gimnastlarımızın hansı nömrə altında iştirak etdiklərinin əhəmiyyəti yoxdur, ən əsası komandanın necə çıxış edəcəyi və hansı nəticəni göstərəcəyidir”. Baş məşqçi qeyd edib ki, doğma ölkədə keçirilən yarışlarda çıxış etmək hər zaman çətindir: “Evdə çıxış etmək hər zaman çətindir. Bu ən yaxşı çıxışı göstərmək istəyi ilə bağldır. Əlbəttə, bütün çıxış etdiyimiz yarışlarda yüksək nəticə əldə etmək istəyirik, ancaq Azərbaycanda keçirilən yarışlarda hər zaman dövlət bayrağını yüksəltmək və himni eşitmək istəyirsən”. Bədii gimnastika üzrə gələcək yarışlardan danışan baş məşqçi deyib ki, hər bir başlanğıc böyük əhəmiyyət daşıyır: “Bizimçün hər bir yarış çox vacibdir. Bu Olimpiya Oyunlarında çıxışımıza hazırlıqdır. Biz iştirak edəcəyimizə çox inanırıq”.