Körpəyə vitamin vermək olar?


Digərləri 02 Mar 2019 19:45:00 208 0

Körpəyə vitamin vermək olar?

"Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev deyib.

Həkim bildirib ki, azyaşlıya özbaşına hansısa dərman, hətta vitamin olsa belə, vermək onun üzərində təcrübə aparılmasına bənzəyir: "Bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valerian məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər. Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərəfdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır".