Ailəsində diqqət, sevgi görməyən insanda xəstə olmaq arzusu yaranır


Digərləri 02 Mar 2019 19:48:00 206 0

Ailəsində diqqət, sevgi görməyən insanda xəstə olmaq arzusu yaranır

Məşhur Belarus psixoterapevti İnessa Qriqoryeva insanlardakı xəstəliklərin əksəriyyətinin maraqlı səbəblərindən danışıb.

Son.az medicina.az-a istinadən həkimin müsahibəsinin oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, Azərbaycan dilində təqdim edir:

-Doktor, bu gün pasiyentlərin neçə faizində psixosomatik xəstəliklər qeydə alınır?

-Dünya səhiyyə təşkilatının statistikasına görə, 40 faiz pasiyentlərdə psixosomatik xəstəliklərdir ki, onlar yanlış olaraq terapevtə müraciət edir. Terapevt şikayətləri dinləyir, protokollara uyğun müalicəsini yazır, hər halda xəstənin hansısa şikayətləri olur. Xəstə gedir, bir az düzəlir, 1 ildən sonra yenə həmin simptomlarla qayıdır. Xəstə müalicələrin effektsizliyindən gileylənir, həkimləri dəyişir.

-Hansı xəstəliklər psixisomatik qrupa daxil olunub?

-Məşhur 7-lik var: arterial hipertenziya, bronxial astma, mədə bağırsaqda kolit və xoraları, neyrodermit, ürəyin işemiyası, qalxanabənzər vəzin hormonal pozğunluğu. Son illər bu siyahıya allergiya, bulimiya, anoreksiya və bir sıra onkoloji xəstəlikləri də daxil ediblər. Hazırda psixoonlogiya adlı termin də yaranıb.

-Əgər terapevtin müalicəsi səmərə vermirsə, o, nə etməlidir?

-Xəstəni  psixoterapevtə yönləndirməlidir. Xüsusi sorğu testləri, şkalalar var ki, pasiyent  doldurur. Bu testlərə əsasən terapevt bilməlidir ki, xəstə psixoterapevtik müalicə də almalıdır.

-O zaman xəstələrin çoxu psixosomatikdir.

-Bəli, psixosomatik olmayan çox az fakt var. Mənim doktorluq işim qalxanabənzər vəzinin xərçəngi olan xəstələrin psixoterapiyası ilə bağlı idi. O vaxt hesab edirdilər ki, bu xəstəlik radiasiya ilə bağlıdır. Bəs nəyə görə eyni ərazidə yaşayan insanların hamısında bu xəstəlik yaranmadı? Qalxanabənzər vəz - orqanizmdə stres və həyəcana birinci reaksiya verən orqandır. O, qalxandır, qoruyucudur. Əgər onun stresə gücü çatdısa, orqanizmi qalxan kimi qoruyacaq, əgər gücü yetməsə, deməli orqanın funksiyası pozulur. İnsanda xəstəliklər başlayır.

-İnsanlar başağrılarından daha çox şikayətlənir. Onun psixosomatik səbəbləri hansılardır?