Zimbabvenin qızıl mədənləri iqtisadiyyatı canlandırmağa yardım etmir


Dünya 02 Mar 2019 19:38:00 236 0

Zimbabvenin qızıl mədənləri iqtisadiyyatı canlandırmağa yardım etmir

Zimbabve 2018-ci ildə qızıl istehsalı hədəfini keçmiş ola bilər, amma ötən ay şaxtalarının su ilə dolması nəticəsinə 24 mədənçinin ölməsi ilə diqqət bu sənayenin insan həyatı bahasına başa gəldiyinə yönəlib. İndi bəzi tənqidçilər deyir ki, qızıl sənayesinin parıltısı Zimbabvenin çökmüş iqtisadiyyatını aydınlatmaqda müvəffəq deyil.

Minerallarla zəngin bu ərazidə bəzi insanlar qızıl üçün kənd təsərrüfatını atıb. Kudzanayi Zvomuya deyir ki, o iş tapa bilmirdi, ona görə də altı il öncə Hararedən 100 kilometr şimalda Bindura ərazisində qızıl axtarmağa başlayıb. Amma onun sözlərinə görə, vəziyyəti düzəlməyib.

"Bəli, qızıl gəlir mənbəyidir, amma bəzi risklər var. Məsələn yerin altında ilişib qala bilərsən. Amma hazırkı iqtisadi vəziyyəti nəzərə aldıqda, əlimizdən başqa heç nə gəlmir. Lakin bəziləri qızıl sayəsində mal-qara alıb, digərləri isə yaxşı evlər tikib. Ona görə də mən ümidliyəm", Zvomuya söyləyir.

Bu gün Zvomuya bir qramdan az qızıl çıxara bilib. Ofisdə onu gözləyən müştəri isə onda olan bütün qızılı alıb. Onlar bu qızıl üçün ödəlinən məbləği açıqlamırlar. Dəyərli metal Zimbabvenin iqtisadiyyatını bərpa etmək üçün asılı olduğu resurslardan biridir. Ötən il Zimbabvedə 33 ton qızıl istehsal olunub. Bu isə onların hədəflərindən üç ton çoxdur. Buna baxmayaraq, kiçik miqyaslı mədənçilər bunun heç bir faydasını görmür. Təhlilçilər Zimbabvenin zəngin qızıl ehtiyatları və minerallarından faydalanmamasına səbəb olaraq korrupsiya, pis idarəçilik və zəif siyasəti göstərir.

"Mən deyə bilmərəm ki, biz ölkə olaraq qızılın dəyərindən faydalana bilmirik. Qızıl özü həssas mineraldır. Amma onu deyə bilərəm ki, dövlət qızıl axtarışı ilə məşğul olan bəzi müəssisələri və insanları dəstəkləmir. Misal üçün, sənətkar və kiçik-miqyaslı mədənçiləri", İnsanlar və Yer Kürəsinin Həmrəyliyi Hüquq Şəbəkəsindən Tinaşe Çisaira deyir.