Xaçmaz kəndlərinin su təminatı yaxşılaşdırılıb (FOTO)


Digərləri 02 Mar 2019 18:42:00 203 0

Xaçmaz kəndlərinin su təminatı yaxşılaşdırılıb (FOTO)

Xaçmazın Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib.

Bakı. Xaçmazın Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib. Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Lazımi qədər suvarma suyu fındıq və meyvə ağaclarının məhsuldarlığını, habelə məhsulun ölçü və keyfiyyətini artıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.