Aktyor türk qadınlarını təhqir etdi


Digərləri 02 Mar 2019 18:24:00 199 0

Aktyor türk qadınlarını təhqir etdi

"Sıla" və "Adanalı" serialı ilə məşhurlaşan aktyor Mehmet Akif Alakurt sosial media hesabındakı paylaşımı ilə müzakirə yaradıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, İnstaqram "Story"də türk qadınlarını aşağılayıb.

"Türk qadını kimdir? Xeyrini əldə edənədək "mükəmməl qadın" obrazını yaradan, hər fikrini təsdiq edən və "mən də sənin kimi düşünürəm" deyən, bir müddət sonra eyni fikirdə olduğunu iddia etdiyi düşüncələrdə olmadığı üçün əsas çirkin simasını nümayiş etdirən qadın. Yolun başında olanlar bunu qulaqlarına sırğa etsinlər" deyə, aktyor yazıb.