Maykl Ceksonun “Neverland” rançosu satışa çıxarıldı


Digərləri 02 Mar 2019 17:34:00 195 0

Maykl Ceksonun “Neverland” rançosu satışa çıxarıldı

Amerikalı müğənni Maykl Ceksonun "Neverland" rançosu 31 milyon dollara satışa çıxarılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2015-ci ildə rançoya 100 milyon dollar, 2017-ci ildə isə 67 milyon dollar qiymət qoyulmuşdu. İndi isə malikanə ilkin qiymətindən demək olar ki, üç dəfə ucuz satılır.

Malikanə Santa-Barbara şəhərindən (Kaliforniya ştatı) 64 kilometr məsafədə yerləşir. Üç qonaq evi, kinoteatr, tennis kortu, hovuz və bir neçə yardımçı bina da daxil olmaqla, rançonun tikililərinin sahəsi 1,2 min kvadratmetrdən çoxdur.


Xəbərə aid foto