Hakerlər sosial şəbəkələrdə istifadəçilərə 3,25 milyard dollar ziyan vurur


Digərləri 02 Mar 2019 17:19:00 209 0

Hakerlər sosial şəbəkələrdə istifadəçilərə 3,25 milyard dollar ziyan vurur

Kibercinayətkarların sosial şəbəkələrdə fırıldaqçı sxemlər üzrə illik gəliri 3,25 milyard dollar təşkil edir.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə zərərli təhlükələrdən mühafizə texnologiyalarının yaradılmasında ixtisaslaşan "Bromium" şirkətinin hesabatında deyilir.

Bildirilib ki, fırıldaqçılar tərəfindən böyük səy göstərmədən dünyada milyonlarla istifadəçini əhatə etmək və yoluxdurmaq məqsədilə virusların yayılması üçün "Facebook", "YouTube", "Twitter" və digər servislərdən istifadə olunur:

"Sosial şəbəkələr kibercinayətkarlığı dəstəkləyir. Onlar kiberfırıldaqçılar tərəfindən təşkilat və fiziki şəxslərə hücumlar, eləcə də müxtəlif qanunsuz məhsul, xidmət və biliklərin satışı üçün istifadə edilir".