"Cin çıxartma" adı ilə cinsi əlaqə təklif etdi


Dünya 02 Mar 2019 14:19:00 243 0

"Cin çıxartma" adı ilə cinsi əlaqə təklif etdi

Antaliyada 'səndə ölüm cadusu var' yalanıyla yüksək miqdarda pul qarşılığı sözdə 'cin çıxarma' seansları təşkil edən və yanına gələn bəzilərinə cinsi əlaqə təklif edən Tali Yüksel Yeşilot ilə həyat yoldaşı Öznur Yeşilotun məhbus mühakimə olunduğu iddiada, fərari şübhəli Yüksel T. haqqında qırmızı bülleten verildi.

Son.az Metbuat.az-a istinadla xəbər verir ki, Antaliyada 'cin çıxarma' seansları təşkil edib bir çox adamdan haqsız qazanc təmin etmək, 'dini inanc və duyğuları istismar etmək surətiylə fırıldaqçılıq etmək' və 'cinsi hücum' iddiaları 24 il həbsi istənilən məhbus şübhəli Tali Yüksel Yeşilot və dini duyğuları istismar iddiasıyla 7 il həbsi tələb edilən həyat yoldaşı Öznur Yeşilotun mühakimə olunmasına davam edilib. Antalya 6. Ağır Ceza Məhkəməsində görülən duruşmaya, məhbus şübhəlilər Tali Yüksel Yeşilot, həyat yoldaşı Öznur Yeşilot ilə şikayətçilər S. Ö, E. Ö və vəkillər qatılıb.

Məhkəmədə şübhəli Yeşilotun bacanağı olan fərari şübhəli Yüksel T. haqqında çıxarılan tutma qərarının hələ icra edilmədiyi vurğulanıb.


Xəbərə aid fotolar