Xalq artisti: Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir


Digərləri 02 Mar 2019 11:19:33 297 0

Xalq artisti: Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir

Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bakı. Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Trend-in məlumatına görə, bunu Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib. H.İsmayılov bildirib ki, Azərbaycanın gözəllikləri bu gün göz oxşayır: "Amma o gözəlliklərlə yanaşı, biz dayana bilmərik, biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə, həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı sizi çox istəyir, Sizə böyük ehtiramları, böyük inamları var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır". Xalq artisti qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün sürətli inkişaf yolundadır: "Bu gözəlliyi hamımız görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin də inkişafına kömək edir. Sözsüz ki, bu inkişaf, canlanma, cənab Prezident, Sizin mədəniyyətə, xüsusilə də teatr sənətinə qayğı və diqqətiniz sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev teatrı və aktyor sənətini həmişə yüksək qiymətləndirib, ona böyük dəyər verib. O deyərdi ki, teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada işləyənlər fədakardırlar, fədaidirlər. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil. Bu, mənim içimdən gələn bir məhəbbətdir. Ümummilli Liderimizin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev tərəfindən davam etdirilir. Əlbəttə, o gözəlliklər deyirsiniz, inanın, mən Azərbaycanda olan teatr binalarını, təmir olunmuş teatr binalarını, o səhnələri, o gözəllikləri görəndə deyirəm, İlahi, nə yaxşı ki, biz bu gözəl dövlətin vətəndaşlarıyıq. Əlbəttə, vətəndaş olmaq üçün gərək Vətəni sevəsən, dövlətinə qulluq edəsən, millətinə xidmət edəsən. Bu gün buraya yığışan insanların, Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimlərinin sözsüz ki, bu işdə böyük fəaliyyəti, böyük zəhməti olub. Mən onların hamısına ürəkdən təşəkkür edirəm. Burada məndən yaşlı, məndən titullu insanlar var. Amma çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik. Hamımız bir yerdə Azərbaycan mədəniyyətinin təntənəsi uğrunda nələrisə deyirik, nələrisə istəyirik. Əlbəttə, sənət adamlarına verilən fəxri adlar, Prezidentin fərdi təqaüdü, mükafatlar, onların mənzillə təmin olunması - inanın, cənab Prezident, Siz nə qədər böyük işlər görmüsünüz ki, hamımızın qəlbində Sizə böyük ehtiram, böyük məhəbbət var. Biz Sizi çox istəyirik. Həmişə Sizin yanınızda olmuşuq. İnanın son prezident seçkilərində mədəniyyət işçiləri Sizi çox böyük coşqu ilə dəstəklədilər. Həmin gecə Sizin parka gəlişiniz, oradakı görüşlər, o şadlıq, o bayram mənim heç yadımdan çıxmır. Azərbaycan xalqı bütövlükdə sevinirdi ki, bizim belə Prezidentimiz var. Sizin mədəniyyətə, teatr sənətinə olan münasibətiniz bizi çox sevindirir". Teatr Xadimləri İttifaqının sədr müavini əlavə edib ki, 50 ilə yaxın işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb: "Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər böyük səhnə və kiçik səhnə olub, indi artıq böyük səhnədən başqa dörd səhnəmiz var. Bu gün bizim martın 1-də toplaşmağımız çox əlamətdardır. Çünki 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik, buna görə Sizə ürəkdən təşəkkür edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir".