Azərbaycanlı arvadının sifarişi ilə ermənini öldürüb


Dünya 02 Mar 2019 10:59:00 327 0

Azərbaycanlı arvadının sifarişi ilə ermənini öldürüb

Ötən gün martın 1-də Rusiyanın Ulyanovsk şəhərində andlılar məhkəməsi çoxdandır davam edən səs-küylü məhkəmə işi üzrə yekun qərar çıxarıb. Bu hökmə əsasən erməni biznesmen Amiran Aloyanın arvadı Lidiya Süleymanovanın (Aloyan) sifarişi ilə Azərbaycan vətəndaşı Sahib İbrahimov tərəfindən güllələndiyi sübut olunur.

Son.az virtualaz.org-a istinadən bildirir ki, 2014-cü il oktyabrın 8-də erməni sahibkar (milliyətcə əslindəyezidi kürdü olduğu ehtimal edilir) Amiran Aloyanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində, Svirsk küçəsindəki evinin qarşısında arvadının və böyük qızının gözləri önündə tüfənglə güllələyiblər.

İstintaqın versiyasına görə bu qətli Aloyanın arvadı Lidiya sifariş etmişdi və Amirana məxsus çörək sexində işləyən azərbaycanlı Sahib İbrahimova 500 min rubl, 16 kalibrli ov tüfəngi verərək ondan ərini öldürməi istəmişdi. Habelə istintaqın gedişində məlum olmuşdu ki, Sahiblə Lidiya arasında intim münasibətlər də olub.