Ötən ay Azərbaycanda 10 ədəd piyada əleyhinə mina aşkar edilib FOTO


Digərləri 02 Mar 2019 08:33:00 364 0

Ötən ay Azərbaycanda 10 ədəd piyada əleyhinə mina aşkar edilib  FOTO

Bu ilin fevral ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 246,127 m² (24.61 ha) ərazi yoxlanılıb, 1,088 ədəd partlamamış hərbi sursat (PHS) və 10 ədəd piyada əleyhinə mina (cəmi 1,098 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, əməliyyatlarda 476 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 532,902,209 m² (53,290.22 ha) ərazi təmizlənin, 802,415 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.