Azərbaycan hökuməti 1,2 mlrd. dollar profisit gözləyir


Digərləri 02 Mar 2019 08:34:00 324 0

Azərbaycan hökuməti 1,2 mlrd. dollar profisit gözləyir

"2018-ci ilin yekununda Azərbaycanın icmal büdcəsinin profisiti 2,7 milyard dollar təşkil edib və həmin vəsait Dövlət Neft Fonduna yönəldilib. Neftin büdcə qiymətinin əvvəlki illə müqayisədə 5 dollar çox - 60 dollar götürüldüyü 2019-cu ilin yekununda isə bu rəqəmin 1,2 milyard dollar olacağını gözləyirik".

Son.az "Report"a istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-də deyib.