Bərdədə kişi balta ilə həyat yoldaşını öldürüb,


Digərləri 02 Mar 2019 08:40:00 301 0

Bərdədə kişi balta ilə həyat yoldaşını öldürüb,

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərə aid fotolar