Strasbuqda terror aktı törədən şəxsin qardaşı saxlanılıb


Dünya 02 Mar 2019 08:28:00 312 0

Strasbuqda terror aktı törədən şəxsin qardaşı saxlanılıb

Fransada Strasburq şəhərində ötən ilin dekabr ayında terror aktı törətmiş Şerif Şekatın böyük qardaşı saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ş.Şekatın böyük qardaşı 37 yaşlı Malek Şekat yerli vaxtla təxminən saat 16:00-da Strasburq şəhərində öz evində saxlanılıb.

Bildirlir ki, M.Şekat öz "Facebook" səhifəsində 5 növ silah fotosu və terror aktı törətmək niyyətini əks etdirən məlumat yerləşdirib. Daha sonra məlum olub ki, silahlar saxta olub.