Şəkidə reyd zamanı 20 sürücü cərimələnib FOTO


Digərləri 02 Mar 2019 08:30:00 307 0

Şəkidə reyd zamanı 20 sürücü cərimələnib  FOTO

Şəki şəhərində qaydalara əməl etməyən sürücülərə qarşı reyd keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, reyd Şəki şəhər-rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 5-ci tağımının əməkdaşları tərəfindən keçirilib.

Reydin keçirilməsində məqsəd, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ötmə, manevr etmə və qarşı hərəkət zolağına çıxma kimi kobud qayda pozuntularının aşkarlanması və nəqliyyat vasitələrini sərxoş vəziyyətdə, eləcə də, sürücülük hüququ olmadan idarə etmə hallarına qarşı mübarizənin gücləndirilməsi olub.