Oral Bnin süni zəkalı diş fırçası:


Digərləri 02 Mar 2019 08:11:00 317 0

Oral Bnin süni zəkalı diş fırçası:

Oral B tərəfindən istehsal edilən süni intellekt ilə dəstəklənən Genius-X, fırçalama vərdişlərini dəyişdirmək və təkmilləşdirmək üçün ağıllı telefon dəstəyi ilə gəlir.

Texnologiyanın sürətli inkişafı nəticəsində bu günlərdə gündəlik həyatı asanlaşdıracaq yeni praktiki qurğuların ardı-arası kəsilmir.

Son.az chip.az-a istinadən bildirir ki, dünyaca məşhur şirkət Oral B, diş fırçasını ağıllı texnologiya ilə birləşdirmək qərarına gəlir.

Belə ki, yeni süni zəkalı diş fırçası istifadəçinin fırçalama vərdişlərini öyrənməklə ağız sağlamlığı üçün ən uyğun üsulları təqdim edir. Üstəlik, USB bağlantısı vasitəsilə asanlıqla şarj edilə bilən smart telefon dəstəkli bu cihaz ağız baxımına önəm verən istifadəçilər çox əlverişlidir.