330-a yaxın dövlət əmlakı özəlləşməyə çıxarılır - VAXT


Digərləri 01 Mar 2019 23:50:57 299 0

330-a yaxın dövlət əmlakı özəlləşməyə çıxarılır - VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarılıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarılıb. Komitədən Trend-ə verilən məlumata görə, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir. Qeyd edək ki, özəlləşdirilmə hərracları 05, 12, 19 və 27 mart tarixlərində saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək. Mart ayı üzrə keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketlərini də özəlləşdirə bilər. Qeyd edək ki, səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə qalanı isə digər şəhər və rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin aid olduğu iqtisadi sahələrə gəldikdə isə onlardan 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri fəaliyyət istiqaməti, yerləşdiyi ərazi və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m-dən 9,3 min kv.m-ə qədərdir. Sərmayə yatırımları üçün əmlak axtaran investorlar rahatlıqla kiçik dövlət müəssisələri üzrə seçim edə bilər. Bu dövlət əmlakları arasında ictimai iaşə, ticarət, turizm və digər sahələr üzrə səmərəli fəaliyyət üçün obyektlər kifayət qədərdir.