Barda tanış olduğu qadınları zorladı, parçlayıb itlərə yedizdirdi


Digərləri 01 Mar 2019 23:02:00 359 0

Barda tanış olduğu qadınları zorladı, parçlayıb itlərə yedizdirdi

Rusiyada dəhşətli hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 32 yaşlı Aleksandr Maslennikov barda tanış olduğu iki qadını zorladıqdan sonra öldürüb. Qatil bununla da kifayətlənməyib və qadınların meyitlərini parçalayaraq itlərinə yedizdirib. Məhkəmənin hokum ilə Aleksandra 23 illik həbs cəzası verilib.

Polisin keçirdiyi istintaq tədbirləri nəticəsində qadınların Aleksandr ilə bardan çıxıb evinə getdiklərinə dair kamera görüntüləri əldə edilib. Qatil 28 yaşlı Olqa və 29 yaşlı Dariyanı evinə pizza yeməyə dəvət edib. Evdə isə Aleksandr Dariyanı zorlayaraq hamamda öldürüb. Olqa isə əllərini yumaq üçün hamama girəndə rəfiqəsinin meyiti ilə rastlaşıb. Aleksandr qışqırıq salan Olqanı da boğaraq öldürür.