Qızarmış çörək sevirsiniz?


Digərləri 01 Mar 2019 22:59:00 329 0

Qızarmış çörək sevirsiniz?

Son zamanlarda aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox xırt-xırt bişmiş qidaların xərçəngə səbəb olması məlum olub. Bu qidalara çox bişmiş un məmulatları, kartof qızartması, qızarmış tost və qovrulmuş bütün qidalara aid edilə bilər. 

Son.az medicina.az-a istinadən bildirir ki, laboratoriya şəraitində aparılan araşdırmalara görə, tərkibində nişasta olan qidaların uzun müddət yüksək temperaturda bişməsi akrilamid maddəsinin yaranmasına səbəb olur. Akrilamid maddəsi Dünya Sağlamlıq Təşkilatı tərəfindən "kanserogen maddə" olaraq tanınır.