Norveçin Neft Fondu 2018ci ildə qiymətdə təqribən


Dünya 01 Mar 2019 21:59:00 324 0

Norveçin Neft Fondu 2018ci ildə qiymətdə təqribən

Norveçin neft sənayesindən əldə olunan gəlirlərin köçürüldüyü Dövlət Pensiya (Neft) Fondu 2018-ci ildə qiymətdə 485 milyard kron (təqribən 50 milyard avro, 57 milyard dollar) itirib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Norveçin Mərkəzi Bankı bildirib.

Fondun sərmayələrinə nəzarət edən Mərkəzi Bank 6,1 faiz azalmanın əsas səbəbini fond birjalarında dəyişkənlikdə görür. Bununla belə, fond bazarlarında dəyərin itirilməsi Norveç Fondunun mövcudluğu dövründə ikinci dəfə ən pis illik nəticə olub.