Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb


Digərləri 01 Mar 2019 21:23:00 319 0

Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb

Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Meteorologiya və Geodinamika üzrə Mərkəzi İdarə yayıb. Məlumatda bildirilir ki, bu il fevralın 28-də ölkənin bəzi regionlarında (Cənubi Burqenland və Qərbi Ştiriya) havanın hərarəti 24,2 dərəcəyə çatıb. Bu göstərici 1960-cı il fevralın 29-da Avstriyanın Bruk an der Mur şəhərində qeydə alınmış rekord göstəricini (23,6 dərəcə) geridə qoyub.