Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib FOTO


Digərləri 01 Mar 2019 20:42:00 415 0

Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib  FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları "Qan ver, həyat bəxş et!" şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər.

Son.az bildirir ki, DTX-dən Trend-ə verilən məlumata görə, aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə birgə hazırlanmış qrafik üzrə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq əməkdaşların yüksək fəallığı şəraitində keçirilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə təşkil olunub. Belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib.


Xəbərə aid fotolar