“Azərkosmos”un yanvarda əldə etdiyi gəlir 1 milyon dolları ötüb


Digərləri 01 Mar 2019 18:04:00 324 0

“Azərkosmos”un yanvarda əldə etdiyi gəlir 1 milyon dolları ötüb

Cari ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Son.az "report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.

Məlumata görə, cari ilin ilk ayında "Azərkosmos" ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 mln. dollar məbləğində gəlir əldə edib.