"Müğənni toyda yemək yeməməlidir"


Şou-biznes 01 Mar 2019 17:54:00 362 0

"Müğənni toyda yemək yeməməlidir"

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni getdikləri toy məclisində ifaçıların yemək yeməsini qınayıb. Dostəliyeva "Faydalı saat" proqramında deyib ki, özü heç vaxt belə etmir: "Heç bir məclisdə yemək yemirəm. Qətiyyən bunu etmirəm. Müğənni burada yemək yeyib, orada mikrofonu götürüb oxumamalıdır. Həm estetik cəhətdən düzgün deyil. Həm də insan yeməkdən 3 saat sonra oxumalıdır. Buna hər zaman riayət etmişəm".