Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!


Digərləri 01 Mar 2019 17:56:00 339 0

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr:

İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) , tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və  transportir) gətirməyi unutmayın;

"İmtahana buraxılış vərəqəsi"ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

·İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;

Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır; 

"Sual kitabçası"nda  45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir. Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır;

Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;

"Cavab vərəqləri" 2 hissədən ibarətdir:

I hissə- qapalı tipli tapşırıqlar üçün;