İçkili kapitan gəmini körpüyə çırpdı


Digərləri 01 Mar 2019 15:34:00 342 0

İçkili kapitan gəmini körpüyə çırpdı

Rusiyanın karqo gəmisi Cənubi Koreyada körpüyə çırpılıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:20-də Busan şəhərində baş verib. Qəza nəticəsində gəmi və körpü ciddi şəkildə zədələnib.

Bildirilir ki, qəza kapitanının içkili olması səbəbindən baş verib. Gəminin körpüyə çırpılmamışdan əvvəl isə bir sərnişin gəmisinə dəydiyi məlum olub.