Ukraynanın tanınmış “5 kanal”ında Xocalı soyqırımı ilə bağlı Bakıda keçirilən ümumxalq yürüşündən geniş süjet yayımlanıb


Digərləri 01 Mar 2019 14:48:37 337 0

Ukraynanın tanınmış “5 kanal”ında Xocalı soyqırımı ilə bağlı Bakıda keçirilən ümumxalq yürüşündən geniş süjet yayımlanıb

Ukraynanın tanınmış “5 kanal”ında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlanıb.

Bakı. Ukraynanın tanınmış “5 kanal”ında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlanıb. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, telekanalın jurnalisti Bakıda olaraq Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşündən, Xocalı şahidlərindən danışıb. Sujetdə yürüşdə iştirak edən azərbaycanlılardan Xocalı soyqırımı haqqında müsahibələr götürülüb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib. Jurnalist, həmçinin Xocalı sakininin başına gətirilən işgəncə ilə bağlı süjeti yayımlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin