Ağsuda zəlzələdən zərər çəkən evlərlə bağlı


Digərləri 01 Mar 2019 14:24:00 311 0

Ağsuda zəlzələdən zərər çəkən evlərlə bağlı

Fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ nəticəsində Ağsu rayonu ərazisində ziyan çəkən ev və obyektlərlə bağlı müraciətlər daxil olmaqdadır.

Son.az bildirir ki, Rayon Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, bu günə qədər komissiyaya 1400-dən artıq müraciət daxil olub: "Komissiya müraciətləri fərdi qaydada araşdırır, dəymiş ziyan müəyyənləşdirilir. Artıq müraciətlər əsasında 1250-dən artıq ev və obyektə baxış keçirilib. Mənzil və obyektlərin vəziyyəti barədə akt təqdim edilərək aidiyyəti qurumlara təqdim olunub. Hazırda araşdırmalar davam edir".