“az” domen adlarının qeydiyyatı və istifadəsi qaydaları təsdiqləndi


Digərləri 01 Mar 2019 12:54:00 344 0

“az” domen adlarının qeydiyyatı və istifadəsi qaydaları təsdiqləndi

"az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları"nın və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi barədə "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 900-VQD nömrəli Qanununun tətbiqi və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanında dəyişikliklər edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları" və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı" təsdiq edilib.