Azərbaycanda ali təhsillə bağlı yeni layihənin icrasına başlanır


Digərləri 01 Mar 2019 12:27:00 321 0

Azərbaycanda ali təhsillə bağlı yeni layihənin icrasına başlanır

Azərbaycanda Avropa İttifaqı (Aİ) və Təhsil Nazirliyinin birgə dəstəyi ilə "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" adlı layihəsi həyat keçirilməsinə başlanır.

Son.az Trend-ə istinadən bildirir ki, layihənin açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya yönümlü yeni mexanizmlərin yaradılmalı olduğunu qeyd edib.

Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsidir.