Bakı Ali Neft Məktəbi TTGate şirkətilə əməkdaşlığa başlayır


Digərləri 01 Mar 2019 12:01:00 514 0

Bakı Ali Neft Məktəbi TTGate şirkətilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbində  (BANM) TT- Gate şirkəti ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, TT-Gate şirkətinin direktoru Turqay Turhan və hər iki müəssisənin məsul əməkdaşları iştirak ediblər.  

BANM-ın rektoru Elmar Qasımov görüş zamanı qonaqları salamlayaraq Bakı Ali Neft Məktəbi haqqında onlara ətraflı məlumat verib. Rektor bildirib ki, BANM-ı digər universitetlərdən fərqləndirən başlıca səbəblərdən biri onun şirkətlərlə sıx əməkdaşlıq etməsi  və daim istehsalatın içində olmasıdır. Məhz tanınmış transmilli şirkətlərlə olan partnyorluq əsasında bu gün BANM-da ABB, Scneider Electric, Emerson və s. kimi məhz həmin şirkətlər tərəfindən quraşdırılmış müasir laboratoriyalar fəaliyyət göstərir." - deyə Elmar Qasımov bildirib.

TT-Gate şirkətinin direktoru Turqay Turhan rektoru Ali Məktəbin uğurlar və yüksək göstəriciləri münasibətilə təbrik edib. Ali Məktəblə əməkdaşlıq etməyə maraqlı olduqlarını bildirən cənab Turhan qeyd edib ki, rəhbərlik etdiyi şirkətin vasitəsilə Ali Məktəbin bir qrup müəllim heyəti Türkiyədə İnformasiya təhlükəsiliyi və avtomatlaşdırma sahəsində təlim və seminarlar keçə, öz bilik və bacarıqlarını təcrübi tətbiq edə bilərlər.