Müşfiqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)


Digərləri 01 Mar 2019 11:35:00 339 0

Müşfiqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)

Fevralın 28-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakinləri ilə növbəti görüşü - səyyar qəbulu keçirilib.

Bakı. Fevralın 28-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakinləri ilə növbəti görüşü - səyyar qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 250-ə yaxın qəsəbə sakini iştirak edib.