Kanadada “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının təqdimatı keçirilib (FOTO)
Digərləri 01 Mar 2019 11:15:19 321 0
“Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının Kanadada təqdimatı keçirilib
Bakı.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müəllifi olduğu, Kanadanın nüfuzlu akademik nəşriyyatı olan “McGill – Queen’s University Press” tərəfindən dərc olunmuş “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” (Resettling the Borderlands and Ethnic Conflict in South Caucasus) adlı kitabının 27 fevral 2019-cu il tarixində Kanadının Toronto Universitetinin Mank mərkəzində və 28 fevral Ottavadakı Çarlton Universitetinin Eurus mərkəzində təqdimatı keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabda Çar Rusiyası və sonradan Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirdiyi köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə olunan sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası haqqında məlumatlar öz əksini tapıb.
Təqdimatda Universitetlərin tələbə və müəllim heyəti, habelə Kanadanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri iştirak edib.
Mənbə: az.trend.az