Birləşmiş Ərəb Əmirlikləri sentyabrda kosmosa ilk kosmonavtını göndərəcək


Digərləri 01 Mar 2019 08:19:00 308 0

Birləşmiş Ərəb Əmirlikləri sentyabrda kosmosa ilk kosmonavtını göndərəcək

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı bu il sentyabrın 25-də kosmosa göndəriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kosmosa göndərilmək üçün seçilmiş iki kosmonavt - Hazza Əl Mansuri yaxud Sultan Əl Neyadi 18 günlük uçuşu həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də geriyə - Yer kürəsinə qayıdacaq.