Qibtənin, həsədin və həsrətin fərqi nədədir?


Digərləri 28 Fev 2019 22:55:00 229 0

Qibtənin, həsədin və həsrətin fərqi nədədir?

Qibtə, həsəd və həsrət insana aid olan sifətlərdir ki, onların bəzi günah hesab olunur? Bəs hansı?

Qibtənin lüğətdəki mənası sevinmək deməkdir. O zaman ki, insan özündən üstün sifətlərə malik olan birini görər, səy göstərər ki, onun kimi olsun. Bu amil onun kamala doğru hərəkət etməsinə təkan verər.

Ancaq həmin şəxsi məhv etmək heç bir zaman onun niyyətində olmaz. Qibtə fəzilət sifətlərindən hesab olunur və möminlərə xas sifətlərdəndir. Möminlər bir-birinə qibtə apararlar, ancaq həsəd etməzlər.

Bəs həsəd nədir? Həsədin lüğətdəki mənası özünü xar görməkdir. Ona görə çalışar ki, nemətə sahib olan başqa biri həmin nemətdən məhrum olsun və o da özünü xar hesab etsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, beləliklə məlum olur ki, qibtə nədir, həsəd nədir? Qibtə insanı kamala doğru hərəkət etdirər, həsəd isə əksinə - insanın inkişafdan dayanmasına və o cümlədən, aşağı səviyyəyə süqut etməsinə gətirib çıxardar.

Bəs həsrət nədir? Həsrət sözünün lüğətdəki mənası aşkar olmaqdır.