Bakıda bu küçənin adı "Xəstəxanayanı"dır


Digərləri 28 Fev 2019 22:28:00 215 0

Bakıda bu küçənin adı "Xəstəxanayanı"dır

Xəstəxanayanı küçəsi. Nə qədər qəribə səslənsə də, Sabunçu rayonundakı küçələrdən biri belə adlanır. Əslində, adından da görünür ki, küçə niyə belə adlanır. Ancaq küçənin sakinləri bu adın dəyişdirilməsini istəyirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, adətən hansısa ünvanı dəqiqləşdirəndə deyilən "filan yerin yanında yerləşir" ifadəsi bu küçənin rəsmi adına çevrilib. Söhbət Sabunçu rayonunun eyni adlı qəsəbəsindəki Xəstəxanayanı küçəsindən gedir.

Sakinlər deyirlər ki, bura illərdir elə Xəstəxanayanı adı ilə tanınır.