İmam Səccad – nəticəni düşünərək qiyama qoşulmayan imam


Digərləri 28 Fev 2019 21:45:00 226 0

İmam Səccad  – nəticəni düşünərək qiyama qoşulmayan imam

İmam Səccadın (ə) Mədinə qiyamçıları ilə həmkarlıq etməməsinin səbəblərini belə xülasə etmək olar.

Vəziyyəti araşdırmaqla və İmam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlmiş dəhşətli represiyanı nəzərə almaqla İmam Səccad (ə) Mədinə qiyamının məğlubiyyətini təxmin etmişdi. İmam fikirləşirdi ki, əgər bu qiyama qoşulsa nəinki qalib gəlməyəcək, hətta özü və dostları da, öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan tərəfdarlarının qalan qüvvəsi də itib batacaq.

Abdullah ibn Zübeyrin keçmiş fəaliyyətlərini və eləcə də, onun qiyamçılar arasındakı nüfuzunu nəzərə almaqla başa düşmək olar ki, bu hərəkat imamın əsl tərəfdarlarının hərəkatı ola bilməzdi. İmam Səccad (ə) istəmirdi ki hakimiyyət arzusunda olan Abdullah ibn Zübeyr kimi bir şəxs onu qələbə üçün vasitə qərar versin.