Qısqandı, arvadını öldürmək istədi Arvadı xəstəxanaya,


Digərləri 28 Fev 2019 21:47:00 224 0

Qısqandı, arvadını öldürmək istədi  Arvadı xəstəxanaya,

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub.

R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Onların birgə nikahdan 2 uşağı var.