Netanyahu korrupsiyada ittiham olunacaq


Dünya 28 Fev 2019 21:32:00 253 0

Netanyahu korrupsiyada ittiham olunacaq

İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahunu rüşvətxorluqda və dələduzluqda ittiham etmək niyyətində olduğunu bildirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İsrail televiziyasına istinadən "Bloomberg" bildirib.

Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var.