“Nəhcülbəlağə”dəki Şiqşiqiyyə xütbəsi nədən bəhs edir?


Digərləri 28 Fev 2019 21:20:00 251 0

“Nəhcülbəlağə”dəki Şiqşiqiyyə xütbəsi nədən bəhs edir?

Bu xütbə "Nəhcül-bəlağə" xütbələrinin ardıcıllığında üçüncü yerdə durur. İmam Əli (ə) bu xütbədə Peyğəmbərin (s) vəfatından başlayaraq, özünün xəlifə seçildiyi zamana kimi baş vermiş hadisələrə aydınlıq gətirir.

Son.az islam.az-a istinadən bildirir ki, xütbənin ortasında bir kəndli İmama (ə) məktub təqdim edir, İmam (ə) məktubu oxuyur və xütbəni yarımçıq buraxır. Abdullah ibn Abbas xütbəni davam etdirməsini ondan xahiş edəndə Həzrət Əli (ə) buyurur: "Heyif! Ey İbn Abbas, bu, səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi". Şiqşiqə - dəvə həyəcanlanan zaman ağzından çıxan köpüyə deyilir. Ərəb dilində bu ifadə həyəcanlı halda emosional şəraitdə deyilən sözlərlə bağlı işlədilir. Həyəcan ötdükdən sonra əhval-ruhiyyə sönür və həmin söhbəti davam etdirmək mümkün olmur. İbn Abbas deyir ki, mən heç bir sözün yarımçıq kəsilməsinə, həmin gün Əlinin (ə) xütbəsinin yarımçıq kəsilməsi qədər heyfsilənməmişdim.