Məzənnə fərqi silindi, bəs vətəndaşlar əsas məbləği hansı qaydada ödəyəcək?


Digərləri 28 Fev 2019 20:04:00 280 0

Məzənnə fərqi silindi, bəs vətəndaşlar əsas məbləği hansı qaydada ödəyəcək?

Əsas borcu 10000 dollardan çox olmayan belə şəxslər borclarını qaytara bilmirlərsə və vaxtı keçmiş borcun məbləği 360 günü ötürsə, həmin borc müqaviləsi üzrə şərtlər dəyişdiriləcək, borc manata çevriləcək, 5 illik dövrə yeni kredit müqaviləsi bağlanacaq, ilk il əsas borc üzrə ödəmə olmayacaq, kredit illk 1%-lə ayrılacaq.

Son.az bildirir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edərkən deyib:

"Arda-arda gələn rəsmi açıqlamalar problemli kreditlərin həllilə bağlı əsas suallara aydınlıq gətirdi. 

Məsələn, aydın oldu ki, təkcə hazırda xarici valyutada 10000 dollaradək borcu olanlar deyil, əvvəllər də bu məbləğdə xarici valyutada kredit götürmüş, sonradan yeni məzənnə ilə ödəyib borcunu bağlamış vətəndaşlar da dövlət büdcəsi vasitəsilə vəsaitlərini geri ala biləcəklər. Hətta borcunu ödəmiş şəxs vəfat edibsə, hüquqi varisi bu ödənişi ala biləcək.

Niyə 10000 dollar yuxarı hədd seçilib? MB nümayəndəsi deyir ki, dollar krediti olan vətəndaşların 95%-i məhz bu həddə qədər olub.

İkinci aydınlaşan məqam bu oldu ki, devalvasiyadan sonra dollar krediti götürən və yüksək məzənnə ilə borc qaytarmayan, amma borcunu ödəyə bilməyən şəxslər də yeni güzəştdən bəhrələnə biləcək.