ABŞ dəhşətli fəlakətlə üzüzə


Digərləri 28 Fev 2019 20:09:00 252 0

ABŞ dəhşətli fəlakətlə üzüzə

ABŞ-ın Geoloji xidmətinin mütəxəssisləri müəyyən ediblər ki, Kaliforniyada yerləşən 7 aktiv vulkanda nəhəng püskürmə baş verəcəyi təqdirdə 200 min insan ölümlə üz-üzə qala bilər.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, araşdırmaçıların fikrincə, son min ildə ştatda 10-a yaxın püskürmə baş verib. Bu da gələcəkdə dəhşətli fəlakətləri qaçılmaz edir.

Geoloqlar daha həssas rayonların xəritəsini hazırlayıb. Ən təhlükəli ərazilər 103 min insanın yaşadığı Şasta vulkanın ətrafı, 63,5 min insanın yaşadığı Lonq-Valli vulkanının ətrafı, 18 min insanın yaşadığı Klir Leyk vulkanı ətrafı və 10 min insanın yaşadığı Lassena vulkan ətrafı hesab edilib. Ümumilikdə isə yaşayış üçün təhlükəli hesab edilən 7 rayon müəyyən edilib.