Sumqayıtda namus davası: Ərinə yox, gəzdiyi kişiyə kömək etdi


Digərləri 28 Fev 2019 19:44:00 200 0

Sumqayıtda namus davası: Ərinə yox, gəzdiyi kişiyə kömək etdi

Sumqayıt şəhərində namus üstündə cinayət törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Əli Məmmədovun (ad və soyadlar şərtidir - red.) məhkəməsi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Əmrah Məmmədov əvvəllər dəfələrlə Əliyə mesajlar göndərib və ona arvadı Vəfa ilə intim münasibətdə olduğunu deyib.

"Vəfa sənin yanındadır, ya mənim - fərqi yoxdur"

Əmrah 1 aprel 2018-ci il tarixdə, saat 23 radələrində Əliyə təkrar zəng edib. Vəfanın ərinin və ya onun yanında olmasının heç bir fərqi olmadığını deyib. Əlinin şərəf və ləyaqətini təhqir edən ifadələr işlədib.

Bu səbəbdən onların arasında mübahisə düşüb.

Əmrah mübahisəni həll etmək üçün Əlini özünün yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində olan fərdi yaşayış evinin qarşısına çağırıb. Çağırılan yerə bir qədər sərxoş vəziyyətdə gələn Əli qisas almaq məqsədi ilə Əmrahı öldürməyi qərarlaşdırıb.

Əli evdə mətbəx bıçağını götürərək küçəyə çıxıb, ona mane olmağa çalışan arvadını kənara itələyərək küçədə Əmraha yaxınlaşıb. Bıçaqla Əlinin ürək nahiyəsinə üç zərbə vurub. Bundan ürəyi soyumayan Əli Əmraha daha bir bıçaq zərbəsi vurub.

Bundan sonra da Əmrahı vurmaq istəyib. Bu vaxt Əmrah daşla onun alın nahiyəsindən vurub.

Qadın ərinə yox, gəzdiyi kişiyə kömək etdi

Dava zamanı Vəfa Əlinin bıçaq olan əlindən tutub. Bundan istifadə edən Əmrah Əlinin əlindəki bıçağın tiyəsini qıraraq kənara tullayıb. Hadisə yerinə gəlmiş atası Mətin və digərləri Əmrahı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Tibbi xidmət nəticəsində onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əli Məmmədov barəsində 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli Məmmədov bildirib ki, evdə Vəfa ilə olan mübahisələr zamanı arvadını döyüb: "Qonşuluqda yaşayan Əmrah mənə zəng vuraraq təhqir etdi, Vəfanı nə üçün döydüyümü soruşdu. Əmhardan ailə məsələlərimə qarışmamasını tələb etdim. O, arvadımla cinsi əlaqədə olduğunu bildirdi".

"Ailəmizdən əl çəkmədi"

Təqsirləndirilən şəxs qeyd edib ki, o, evdə Vəfa ilə mübahisə edən kimi Əmrah ona ya "SMS" yazıb, ya da zəng edib: "Əmrah məni namussuzluqda suçlayır, arvadımla cinsi əlaqədə olduğunu təkrar-təkrar deyirdi. Hətta Əmrahgilin evlərinə gedib valideynlərinə şikayət etdim, onun ailəmizdən əl çəkməsini istədim.

Əmrah öz hərəkətlərindən geri durmadı, yenə də zəng vurub, mənə təhqirlər yağdırdı".

Əli Məmmədovun sözlərinə görə, aprelin 1-də qonşusu Vüqarla araq içib, saat 23 radələrində evə qayıdıb: "Vəfa ilə qohumunun aprelin 5-nə təyin edilmiş toy məclisini müzakirə etdik. Əmrahın hərəkətlərindən sonra Vəfa ilə aramızda soyuqluq yaranmışdı.

Bu səbəbdən Əmrah mesaj yazaraq mənim evdən çıxmadığımı bildirdikdə Vəfanın yenə ona aramızdakı problemlər barədə məlumat verdiyini ehtimal etdim. Daha dözmədim. Əmrah ailəmin bütün işlərinə qarışırdı.

Vəfa ilə aramızda mübahisə olan kimi Əmrah zəng vurur, mesaj yazaraq məni təhqir edir, namusumu alçaldırdı. Növbəti mesajı oxuduqdan sonra evdən çıxdım, həyət qapısına çatmamış mətbəxdən bıçaq götürmək üçün geri qayıtdım. Çünki Əmrahın ailəmdən əl çəkməyəcəyini başa düşmüşdüm. Həmin vaxt əsəbləşdim və Əmrahı öldürmək istədim".

"Gözlərim qaraldı, daha bir neçə bıçaq vurdum"

Əli Məmmədov qeyd edib ki, evin mətbəxinə girib, oradan bıçaq götürərək çıxıb: "Bu zaman Vəfa qarşımı kəsərək getməyə qoymadı. Həyətdə Vəfanı itələdim, yerə yıxıldı. Əmrah üstümə gəldi, mən də ona tərəf addımladım. Ona çataraq ürək tərəfinə bıçaqla zərbə vurdum. Əmrah da əlində olan daşla başıma vurdu. Zərbədən gözlərim qaraldı və Əmraha daha bir neçə bıçaq zərbəsi endirdim.

Bu vaxt Vəfa ilə Əmrah məni yerə yıxdılar. Mən yerdə olanda Əmrahın başı tərəfə, təxminən burun nahiyəsinə daha bir bıçaq zərbəsi vurdum. Əmrah boynumu sıxaraq məni boğmağa başladı".

Əli Məmmədov qeyd edib ki, Əmrahı bıçaqla bir daha vurmaq istəyib: "Vəfa əlimi tutdu, Əmrah bıçağın tiyəsini tutaraq qırdı və kənara atdı. Sonra ayağa qalxmamağım üçün Vəfa məni tutub saxladı. Ayağa qalxdıqdan sonra Əmrahla yenə biri-birimizin üstünə getdik.