“Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95%-i başa çatıb (FOTO)


Digərləri 28 Fev 2019 19:15:00 160 0

“Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95%-i başa çatıb (FOTO)

Energetika Nazirliyində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi müzakirə edilib

Bakı. Energetika Nazirliyində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən olan üzvlərinin iştirakı ilə iclas keçirilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin cari vəziyyəti, növbəti addımlar və bu işə məsul qurumların öhdəlikləri müzakirə edilib. Komissiyanın həmsədri, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu sazişin icrası strateji əhəmiyyət daşıyır. Ona görə də işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi vacibdir.