Azərbaycanlı tədqiqatçı Hollandiyada elmi tədqiqatda iştirak edir (FOTO)


Digərləri 28 Fev 2019 18:48:00 201 0

Azərbaycanlı tədqiqatçı Hollandiyada elmi tədqiqatda iştirak edir (FOTO)

Seminarlar yeni tədqiqat layihələrinin, qrantların alınmasının müzakirəsi baxımından da əhəmiyyətli olub.

Bakı. Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova Hollandiyada elmi tədqiqat çərçivəsində seminarlarda iştirak edir. Universitetdən Trend-ə verilən məlumata görə, Hollandiyanın Leydon şəhərində keçirilən seminarlar PRİDE layihəsi çərçivəsində keçirilir. Layihə Xəzər və Qara dəniz ətrafında olan göllər sisteminin və biotalarının təkamülü və ölümünün tədqiqatını nəzərdə tutur.