Azərbaycana ən çox turist BU ÖLKƏLƏRDƏN gəlib


Digərləri 28 Fev 2019 18:04:00 205 0

Azərbaycana ən çox turist BU ÖLKƏLƏRDƏN gəlib

Bu ilin yanvarında Azərbaycana gələn əcnəbilərin sayı üzrə ən yüksək artım Pakistan, Hindistan, Qazaxıstan və Türkmənistan üzrə qeydə alınıb.

Son.az bildirir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Mərkəzi Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.