"Mən də "Selena"nı həyatıma çağırdım"


Şou-biznes 28 Fev 2019 17:44:00 307 0

"Mən də "Selena"nı həyatıma çağırdım"

Aktyor Kənan İmirzalıoğlu aktrisa həyat yoldaşı Sinem Koballa görüntülənib. 

Son.az axşam.az-a istinadən bildirir ki, ikili "Alice"i izləməyə gedərkən kameraların hədəfinə tuş gəlib.  Cütlük verilən sualları cavablandırıb. Kənan Sinemin canlandırığın "Selena" obrazından danışıb: "Mənim qəhrəmanım "Dədə Qorqud"dur. Sinem isə hər kəsin sevimlisi olan bir obrazı canlandırıb. Mən də "Selena"nı öz həyatıma çağırdım". "Hazırda yeni layihəm yoxdur. "Netflix"lə yeni bir layihə üçün razılaşdığım deyilir. Amma hələ danışıqlar gedir. Televiziyada yayımlanacaq bir film istəyirəm".