YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib (FOTO)


Digərləri 28 Fev 2019 16:29:18 200 0

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin ilk iclası keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin ilk iclası keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri iştirak ediblər. İclasda çıxış edən IFAP-ın Azərbaycan Komitəsinin sədri, NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov IFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək, onun həyata keçirilməsi üzrə 2018-ci ildə görülmüş işlər və qarşıda duran tədbirlər haqqında məlumat verib.