Faizlər silinir, məhkəmə işləri ləğv olunur


Digərləri 28 Fev 2019 16:12:00 194 0

Faizlər silinir, məhkəmə işləri ləğv olunur

Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərinin həlli ilə bağlı fərman imzalandı. Fərmanda nələr nəzərdə tutulur və kimlər güzəştdən istifadə edə biləcək?

Son.az bildirir ki, mövzu ilə bağlı Axar.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyini xatırladıb.

"Əvvəlla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyayadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dən 2015-ci il dekabrın 21-dək, yəni birinci devalvasiyayadək olan dövr üçün hər 1 dollara 25 qəpik güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyayadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə, devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyayadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzət əldə edir. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır", - ekspert bildirib.

V.bayramovun sözlərinə görə, birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçün isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir: